AZ

Robert Fikoya qarşı sui-qəsd olunub

Slovakiyanın baş naziri Robert Fiko Handlovda Nazirlər Kabinetinin iclasından sonra açılan atəş nəticəsində yaralanıb. ]

Bu barədə Teraz nəşri məlumat yayıb.

Qeyd olunur ki, atəş açan şəxs hadisə yerində saxlanılıb, siyasətçiyə hazırda tibbi yardım göstərilir.

Bildirilib ki, Fiko onu salamlayan insanlara yaxınlaşanda dörd atəş açılıb. Bundan dərhal sonra məmurun mühafizəçiləri onu maşına yükləyiblər.

Nəşrlərin yazdığına görə, siyasətçi qarın boşluğundan yaralanıb, lakin onun hazırkı vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
aznews.az

1Mənbələr