AZ

İkinci Bakı Müasir Musiqi Günləri keçiriləcək – FOTO

Mayın 20-dən 26-na qədər davam edəcək festivalın iştirakçıları sırasında həm yerli kollektivlər (Cadenza Contemporary Orchestra, BCMS Ensemble), həm də Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ, Rusiya kimi ölkələrdən dəvət olunmuş ansambl və solistlər yer almışdır. Bunlar Schallfeld Ensemble (Szilard Benes - klarnet, Lorenzo Derinni - violin, Myriam Garcia Fidalgo - cello, Patrick Skrilecz - piano), Moskva Müasir Musiqi Ansamblı (Konstantin Efimov - fleyta, Oleq Tantsov - klarnet, Evgeniy Subbotin - violin, Olqa Demina - violonçel, Mixail Dubov - piano, Viktoriya Korşunova - bədii rəhbər), Moskva Konservatoriyasının Elektroakustik Musiqi Mərkəzi (Yuliya Miqunova - violonçel, Feodosiya Mironova - piano, Evsevy Zubkov - zərb alətləri, Nikolay Popov - elektron səsləri, İlya Kovalski - səs rejissoru, İqor Pavlov - işıq rejissoru), Sergey Çirkov (akkordeon), Qleb Xoxlov (violin), Ceyran Həsən (fleyta), Ghyas Zeidieh (dirijor), Rauf Fərhadov (musiqişünas) və Elmir Mirzəyev (bəstəkar, musiqişünas, kulturoloq)-dir.

Festivalın proqramı səhər, günorta və axşam seanslarından ibarət olmaqla ictimaiyyətə açıqdır. Hər gün günorta saatlarında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Beynəlxalq Muğam Mərkəzində həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hərkəs üçün açıq ustad dərsləri, seminarlar və mühazirələr keçiriləcək. Daha sonra Beynəlxalq Muğam Mərkəzi və Muzey Mərkəzi hər gün saat 16:00-da "Portretlər" adlı konsertlər silsiləsi çərçivəsində dəvət olunmuş ifaçıların solo və duetlərindən təşkil olunmuş konsertlərinə ev sahibliyi edəcək. Festivalın hər günü saat 19:00-da Beynəlxalq Muğam Mərkəzindəki axşam konsertləri ilə yekunlanacaqdır. Əlavə olaraq, festivalın 25 May bağlanış konserti isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır.

Festival qırxdan çox əsərin Azərbaycanda, yeddi əsərin isə dünyada ilk dəfə ifası daxil olan zəngin proqramı ilə dinləyicilərin görüşünə gəlir.Azərbaycan premyerası olan əsərlər arasında H.Holliger (İsveçrə), T.Murail, Y.Xennakis (Fransa), L.Nono, G.Scelsi, S.Sciarrino (İtaliya), K.Saariaho (Finlandiya), dünya premyerası olan əsərlər arasında isə Ayaz Qəmbərli, Türkər Qasımzadə, Tahir İbişov, Səid Qəni, Firudin Allahverdi (Azərbaycan), J.G.Elizondo (Meksika), J.C.Wiger-Nordas (Norveç) və digər müəllifləri əsərləri yer alır. Bu əsərlərdən bəziləri məxsusi festival üçün sifariş edilərək bəstələnmişdir.

"Bakı Müasir Musiqi Günləri" konsert fəaliyyəti ilə yanaşı maarifçilik fəaliyyətini də özündə ehtiva edir. Bu il proqrama aşağıdakılar daxildir:

-           20 may (12:00; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) - "Nə deməkdir 'müasir' musiqi: niyə 'müasir'? harada 'müasir'?", "müasir" sözünün musiqidə mənası haqqında (mühazirəçi Sergey Çirkov) ;

-           21 may (12:00; eyni yerdə) - mühazirə "Texnoloqiyalar musiqini necə dəyisir" (mühazirəçi Moskva Konservatoriyasının Elektroakustik Mərkəzi);

-           22 may (12:00; eyni yerdə) - Ceyran Həsənin açıq ustad dərsi (fleyta);

-           23 may (12:00; Beynəlxalq Muğa Mərkəzi) - Szilard Benesin açıq seminarı;

-           24 may (12:00; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) - "Bernd Alois Zimmermann, 'Kral Ubu'nun şam yeməyi üçün musiqi' əsəri postmodern manifesti kimi. XX əsrin II yarısı alman musiqisinin qısa icmalı" (mühazirəçi Elmir Mirzəyev)

-           25 may (12:00; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) - Moskva Müasir Musiqi Ansamblının bəstəkar qiraətləri;

-           26 may (16:00; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) - Festivalın yekunları barəsində dəyirmi masa (moderator Rauf Fərhadov)

Festival "Su üzərində iz | Abbado - Nono - Pollini" (19:00; Nizami Kino Mərkəzi) filminin nümayişi ilə yekunlaşacaq. Xüsusi olaraq festival proqramını sonlandırmaq üçün nəzərdə tutulmuş film Azərbaycan dilində subtitrlə nümayiş olunacaq. Bu tədbirə giriş üçün əvvəldən link üzərindən qeydiyyat tələb olunur (yerlər məhduddur).

Festival Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Festival haqqında daha ətrafı məlumatları rəsmi veb səhifəsindən və sosial şəbəkə hesablarından (Facebook, İnstagram) əldə etmək olar.

Festivalın 2024-cü il buraxılışının məqsədi dünya şöhrətli müasir musiqi kollektivlərini və solistləri musiqi ictimaiyyətimizə tanıtmaqdır. Bu il Almaniya, Avstriya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunan üç görkəmli ansambl və altı solist mühazirələr oxuyacaq, ustad dərsləri verəcək, seminarlar keçirəcək və dünya və Azərbaycan müəlliflərinin əsərlərindən ibarət konsert proqramları ilə çıxış edəcəklər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
milli.az

2Mənbələr