AZ

Rusiya KİV-lərinə girişin qadağan edilməsi barədə razılıq...

Avropa İttifaqı ölkələrinin səfirləri yeni sanksiyalar paketinin müzakirəsi çərçivəsində blok daxilində bir sıra Rusiya KİV-lərinə girişin qadağan edilməsi barədə razılığa gəliblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Azad Avropa/Azadlıq Radiosunun müxbiri Rikard Yozviak məlumat verib.

Səfirlər Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti, Moskva ilə əlaqəli “Avropanın səsi”, rəsmi hökumət “Rossiyskaya qazeta” və “İzvestiya” qəzetinin fəaliyyətini qadağan etməyə razılaşıblar.

Deməli, Yozviakın yazdığına görə, qadağa bu nəşrlərin internet saytlarına girişə də təsir edəcək. Onların jurnalistləri birliyin ərazisində fəaliyyətini davam etdirə bilərlər. Bu prinsipə əsasən, RT telekanalı və “Sputnik” agentliyi artıq 2022-ci ildən Avropa İttifaqındaqadağan ediliblər.

Avropa İttifaqı qadağanı Rusiyanın Ukraynaya qarşı təcavüzü vəAvropa İttifaqı eləcə də onun üzv dövlətlərinə qarşı dezinformasiya və informasiya manipulyasiyasıilə izah edib. “Reuters”xəbər verdiyi ki, yeni, 14-cü sanksiyalar paketinə Rusiya maye qazının üçüncü ölkələrə daşınmasına qadağa, Rusiya büdcəsinəəhəmiyyətli gəlirgətirən məhsulların daşınmasını təmin edən nəqliyyat şirkətlərinə məhdudiyyətlər dədaxildir.

Bundan əlavə, Avropa İttifaqı siyasi partiyaların, hərəkatların, media provayderlərinin və beyin mərkəzlərinin Rusiyadan pul, ianə və ya digər iqtisadi faydalar almasını qadağan etməyi planlaşdırır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
13
sia.az

10Mənbələr