AZ

Belousov buna görə nazir təyin edilib – Putin öz qərarını izah etdi

Sergey Şoyqunu Müdafiə naziri postundan azad edib, Andrey Belousovu onun yerinə təyin edən Vladimir Putin bu qərarının nə ilə bağlı olduğuna dair izahat verib.

“AzPolitika” xəbər verir ki, bu gün hərbi dairə komandanları ilə görüşü zamanı Rusiya başçısı Andrey Belousovun Rusiyanın Müdafiə naziri təyin edilməsini hərbi sahəyə xərclərin artması ilə əlaqələndirib: “Andrey Removiç Belousov yeni müdafiə naziri təyin edilib. Bu, həm də hərbi komponentə xərclərin artması ilə bağlıdır”.

Putin bildirib ki, 2024-cü il ərzində müdafiə və təhlükəsizlik xərcləri xeyli artırılacaq. O, Müdafiə Nazirliyinə ayrılan vəsaitdən səmərəli və effektiv istifadə olunmasını tapşırıb. Bununla da Rusiya başçısı dolayısı ilə müharibə xərclərinin ölkə iqtisadiyyatına ciddi çətinlik yaratdığına və Şoyqunun vəzifəsindən kənarlaşdırılmasının nazirlikdəki külli miqdarda yeyintilərlə əlaqəli olduğuna işarə edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
azpolitika.info

1Mənbələr