AZ

Quba Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib – FOTOLAR

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Quba Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov müntəzəm olaraq vətəndaş qəbulları keçirilir.
15 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Qəbulda əvvəlcədən müraciət etmiş 10 nəfər sakin iştirak etmiş, hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilib, digər qaldırılan məsələlərlə bağlı isə aidiyyəti qurumların yerli rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
7times.az

1Mənbələr