AZ

Uruqvaydan skandal qərar: Ermənilərin saxta iddiasını tanıdılar

Uruqvay Nümayəndələr Palatası yekdilliklə (74 səslə) 24 aprelin qondarma erməni soyqırımı qurbanlarının anım günü elan edilməsi haqqında qanun layihəsinin lehinə səs verib.

Teleqraf.com xəbər verir ki, bədnam təşəbbüs mayın 7-də Senat tərəfindən təsdiqlənib və icraedici hakimiyyət etiraz etməyəcəyi təqdirdə yaxın günlərdə qüvvəyə minəcək.

Səsvermədən əvvəl çıxış edən deputatlar Türkiyə ilə yanaşı, Azərbaycanın ünvanına da hədyanlar səsləndirib, təxribatçı ifadələrə yer veriblər.

Bundan sonra hər il aprelin 24-də Uruqvayda bütün dövlət televiziya və radio kanalları qondarma soyqırımı mövzusunu işıqlandıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
teleqraf.com

1Mənbələr