AZ

Çin avtomobilləri üçün rüsum kəskin artırıldı

Avtomobil istehsalçılarının və iqtisadçıların uzun müddətdir gözlədiyi qərar qəbul edilib.

Avtosfer.az xəbər verir ki, ABŞ hökuməti Çindən idxal edilən bəzi məhsulları üçün gömrük rüsumunu ciddi şəkildə artırıb. Yeni qaydaya əsasən, Çindən gətirilən polad və alüminium üçün tariflər 25%-dən 50%-ə, litium batareyalar üçünsə 7%-dən 25%-qaldırılıb. 


Ən ciddi gömrük xərci Çin istehsalı olan elektromobillərə tətbiq edilib. Artıq bu ölkənin elektromobillərini gətirən şəxslər 25 deyil, 100%-lük rüsum ödəməli olacaqlar. Yeni qərar istər siyasətçilər, istərsə də avtomobil istehsalçıları tərəfindən rəğbətlə qarşılanıb. Onların fikrincə yeni tariflər “Çinin iqtisadi ekspansiyasını dayandırmağa” kömək edəcək.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
avtosfer.az

1Mənbələr