AZ

Bakı metrosunda sərnişinin halı pisləşib

Yaşıl xətt üzrə "Nizami" stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.

Maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar.

Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib. 

Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
40
operativmedia.az

10Mənbələr