AZ

BCM-in prokuroru Kərim Xan TƏHDİD EDİLİR: "Rusiyaya boyun əyməyəcəyəm"

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan dünən Ukrayna və Qəzzadakı müharibələrlə bağlı işlərdə onu hədəf alan təhdidləri əsas gətirərək, bu dünyanın "güclülərinin" təsirinə boyun əyməyəcəyini vurğulayıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Liviyada törədilmiş hərbi cinayətlərin araşdırılması ilə bağlı iclası zamanı Rusiya və Liviya səfirləri Xanın işini şübhə altına alıblar və onun İsrailin Qəzzaya hücumuna qarşı tədbir görməməsini pisləyiblər.

 

Rusiya səfiri Vasili Nebenzia deyib ki, ABŞ-yə qarşı təhqiqatlarda iştirak edən məhkəmə məmurlarını cəzalandırmaq məqsədi daşıyan qanun layihəsinin Haaqa məhkəməsinin ya da onun müttəfiqlərinin bu məsələdəki effektivliyinə təsir edib-etməməsi maraq doğura bilər. O, ABŞ Konqresində deputatların bu istiqamətdə həyata keçirdikləri layihə ilə bağlı mətbuatda gedən məlumatlara istinad edib.

 

Kərim Xan isə bu məsələyə aşğıdakı kimi cavab verib:

 

 “Sizi əmin etmək istərdim ki, biz Rusiyanın mənə və ya seçilmiş məhkəmə üzvünə və ya hər hansı digər səlahiyyətli orqandakı hər hansı qanunvericiyə qarşı həbs qərarlarının təsirinə boyun əyməyəcəyik” . 

 

Kərim Xan həmçinin təhdid edildiyini bildirib.

 

Xatırladaq ki, Rusiya Kərim Xanı 2023-cü ilin mayında Beynəlxalq Cinayət Məhkəməsinin uşaqların Ukraynadan deportasiyasındakı roluna görə Prezident Vladimir Putinin həbsinə order verdikdən sonra ən çox axtarılanlar siyahısına salıb.

 

İnci 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
sfera.az

1Mənbələr