AZ

ABŞ Gürcüstanla münasibətlərinə yenidən baxacaq

Əgər bu ölkənin rəhbərliyi xarici agentlər haqqında qanunu indiki formada qəbul edərsə, ABŞ Gürcüstanla münasibətlərinə yenidən baxmalı olacaq.

Editor.az bildirir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat katibi Karine Jean-Pierre açıqlama verib: “Parlamentin nə edəcəyini görəcəyik, əgər qanun layihəsi qəbul olunarsa, bu, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək”, – Karine Jean-Pierre deyib.

O, həmçinin ölkə prezidentinin bu qanuna veto qoyacağına ümid etdiyini bildirib. Sözügedən qanun çərşənbə axşamı respublika parlamenti tərəfindən üçüncü oxunuşda qəbul edilib. Bundan sonra səhər saatlarından bu qanuna qarşı etiraz aksiyasının keçirildiyi parlament binası yaxınlığında vəziyyət gərginləşib. Gürcüstan müxalifətinin liderləri də etirazçılara qoşulub.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
editor.az

1Mənbələr