AZ

Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı- DİN-dən AÇIQLAMA -VİDEO - YENİLƏNİB

Bakı kəndlərindən birində heyvana əziyyət verən sürücü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə mayın 14-də axşam saatlarında qeydə alınıb. Belə ki, 90-NT-636 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü atı iplə maşının arxasına bağlayaaq yol boyu aparıb. Onun nə üçün bunu etdiyi bəlli olmasa da, istənilən halda qəbuledilməzdir.
Qeyd edək ki, video sosial şəbəkədə birmənalı qarşılanmayıb. Əməli törədən sürücü qınaq obyektinə çevrilib.
Xatırladaq ki, sürücü, İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlara qarşı rəhmsiz rəftar edilməsi) və 290.1.2-ci (ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulması) maddələrinin tələbini pozub. Əməli törədən şəxs 500 manat məbləğində cərimə oluna bilər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev hadisəylə bağlı Avtosfer.az-a açıqlama verib. O bildirib ki, məsələ araşdırılır və bu istiqamətdə tədbir görüləcək: “Görüntülərdə əks olunan qayda pozuntusunun məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin heyvanlarla rəhmsiz rəftar edilməsi maddəsinə əsasən tənzimlənir. Həmin sürücünün müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbir görülür”.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
15
avtosfer.az

10Mənbələr