AZ

Kanak qadın üzərində Azərbaycan bayrağı olan köynəklə öz hüquqlarının müdafiəsinə qalxdı - VİDEO

Yeni Kaledoniyanın (Sakit okeanda Fransanın dənizaşırı ərazisi - red.) paytaxtı Numeada gecə baş verən iğtişaşlar bu gün də davam edir. Aksiyalarla əlaqədar regiondakı məktəblər bağlanıb.

İğtişaşlar Fransa Senatı və Milli Məclisinin təsdiq etdiyi konstitusiya islahatı layihəsi ilə bağlıdır. Yerli liderlər bu layihəni kanakların səsvermə hüququnu zəiflətməsi yönündə atılan addım kimi qiymətləndirirlər.

Sosial şəbəkələrdə etiraz aksiyaları ilə bağlı bir sıra görüntülər paylaşılıb.

Oxu.Az-ın məlumatına görə, kadrlardan biri xüsusilə diqqəti cəlb edib.

Belə ki, öz hüquqlarının tələb edən aksiyaçılardan birinin əynində üzərində Azərbaycan bayrağı olan köynək olub. O, yerli əhalinin - kanakların səsinin Baş Assambleyada eşidiləcəyinə ümidini ifadə edib.

Qeyd edək ki, aksiyalar zamanı polislərlə toqquşma onlarla insanın xəsarət alması ilə nəticələnib, yüzə yaxın adam saxlanılıb.

Yeni Kaledoniya hökuməti iğtişaşlarla bağlı komendant saatı tətbiq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
3
oxu.az

4Mənbələr