AZ

Slovakiyada atışma: Baş nazir yaralandı - VİDEO

Slovakiyanın Baş naziri Robert Fiko hökumətin iclasından sonra açılan atəş nəticəsində yaralanıb.

"Cebhe.info" xarici mediaya istinadən xəbər verir ki, dörd dəfə atəş açılıb, güllələrdən biri Baş nazir Fikonun mədəsinə dəyib.

Fiko yaralı halda xəstəxanaya aparılıb.

Hadisə şahidi "Reuters" agentliyinə bir neçə atəş səsi eşitdiyini və bir nəfərin polis tərəfindən saxlanıldığını deyib.

Bildirilib ki, asayiş keşikçiləri bir şəxsi avtomobillə oradan uzaqlaşdırıblar.

Slovakiya Prezidenti də Fikoya qarşı qəddar hücumu pisləyib və ona tezliklə sağalmasını arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
cebheinfo.az

1Mənbələr