AZ

Dünya Bankı: "Azərbaycanda rəqəmsallaşma istiqamətində ilkin savadlılıq kifayət qədər yüksəkdir"

Rəqəmsallaşmadan danışdığımız zaman rəqəmsallaşmanın gündəlik həyatda istifadəsindən danışmalıyıq və bunu effektiv şəkildə etməliyik. 

FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında Dünya Bankının Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster deyib.

O bildirib ki, bu məsələ Azərbaycandada aktual məsələdir. Azərbaycanda rəqəmsallaşma istiqamətində ilkin savadlılıq kifayət qədər yüksəkdir. Azərbaycan orta gəlirli ölkədir və təhsil yüksəkdir. Hökümətin rəqəmsallaşma istiqamətində apardığı işlər haqqında məlumat aldıq. Biz ilkin səviyyədə hamının rəqəmsal xidmətlərdən istifadə etməsini reallaşdırmalıyıq. Biz bundan başqa ilkin bacarıqları öyrətməliyik, yalnız bacarıqlar vasitəsilə rəqəmsal ekosistemi inkişaf etdirə bilərsiniz. 

"Formal və qeyri-formal təlimlər arasında da yaxşı balans olmalıdır, beləliklə insanlara rəqəmsal bacarıqları aşılaya bilərsiniz. Biz eyni zamanda əmin olmalıyıq ki, insanlar rəqəmsal iqtisadiyyata hazır olsunlar. Dünya Bankı olaraq Azərbaycanda layihə keçiririk. Biz Azərbaycana Kibertəhkükəsizlik sahəsində öz tövsiyələrimizi veririk, eyni zamanda qeyd etmək istəyirəm ki, rəqəmsallaşma 8 qlobal çağırışdan biridir və biz müəyyən qiymətləndirmə aparmışıq, sırf qadınların rəqəmsal biliklərini müəyyən etmək üçün" - deyə o bildirib.

Dünya bankı olaraq bizim missiyamlz yoxluğu aradan qaldırmaqdır.

"Mən 10 il sonra Azərbaycanı yüksək gəlirli ölkəyə çevrildiyini görürəm. 10 il sonra ÜMD məhsulun artdığını və texnologiya sahəsində uğurların artdığını xəyal edirəm". -deyə Ştefani Ştalmeyster deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
fed.az

1Mənbələr