AZ

5 boksçumuz yarımfinalda

Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialında 5 boksçumuz yarımfinala yüksəlib. 

Komandamızın üzvləri Maqsud Xasmetov (60 kq), Ümid Rüstəmov (57 kq), Ruslan Rüstəmov (63,5 kq), Mirşərif Kazımzadə (75 kq), İlqar Salahov (67 kq) bu mərhələyə yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.

L.QURBANOVA XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
xalqqazeti.az

1Mənbələr