AZ

“Pool-9” üzrə ən güclülər

Bilyardın “Pool-9” növü üzrə keçirilmiş Azərbaycan çempionatında ən güclülər müəyyənləşib. 

Kişilər arasında Orxan Qubatov qalib adını qazanıb. Ruslan Əmiraslanov, Dmitri Neçay və Yəhya Məmmədov müvafiq olaraq, sonrakı pillələrdə qərarlaşıblar. 

Qadınların mübarizəsində isə Zəhra Abbasova, Mina Nəsirova, Südabəxanım İsmayılova və Anastasiya Kononova fəxri kürsüyə qalxıblar.

Qeyd edək ki, ölkə çempionatı Gənclər və İdman Nazirliyinin və Azərbaycan Bilyard Federasiyanın dəstəyi ilə keçirilib.

L.QURBANOVA XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
xalqqazeti.az

1Mənbələr