AZ

Almaniya Gürcüstanı Aİ-yə daxil olmaqda dəstəkləyir

Almaniya hökuməti Gürcüstanı Avropa İttifaqına (Aİ) daxil olmaq yolunda dəstəkləməyə davam edir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Büxner deyib.

“Almaniya hökuməti və kansler Gürcüstanı Avropa Birliyinə aparan yolda dəstəkləməyə davam edir”, - deyə Büxner bildirib.

Eyni zamanda, Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Gürcüstan parlamentinin xarici agentlər haqqında qanunun qəbulunu şərh edərək, bunun ölkəni Aİ üzvlüyündən uzaqlaşdırdığını qeyd edib.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
redaktor.az

2Mənbələr