AZ

Dünya Bankı Azərbaycanda qadınların rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək niyyətindədir

Bakı. Trend:

Dünya Bankı Azərbaycanda qadınların və qızların rəqəmsalbacarıqlarının inkişafını dəstəkləməyə davam etməkniyyətindədir.

Trend xəbərverir ki, bu barədə bu gün Dünya Bankının Azərbaycan üzrə meneceriStefanie Stallmeister Bakıda keçirilən "M360 Eurasia 2024"beynəlxalq konfransında çıxışında deyib.

"Hazırda Dünya Bankı Azərbaycanda həyata keçirdiyi proqraməsasən normativ-hüquqi bazanın yaradılmasına və kibertəhlükəsizlikməsələlərinin nəzərdən keçirilməsinə yönəlib. Bu, əsasən hökumətinnormativ-hüquqi məsələlər üzrə konsultsiyasından ibarətdir.Həmçinin qadınlara və onların rəqəmsal bacarıqlarının inkişafınaxüsusi diqqət yetirməklə tədqiqat aparmışıq və bu istiqamətdə əlavədəstək göstərəcəyimizə ümid edirik", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda baza savadlılıq səviyyəsinisbətən yüksəkdir, lakin rəqəmsal savadlılıqla bağlı problemlərmövcuddur.

"Hazırda hər kəsin gündəlik olaraq rəqəmsal xidmətlərdənəminliklə istifadə edə bilməsini təmin etmək vacibdir", - deyə oəlavə edib.

O bildirib ki, rəqəmsal xidmətlərə etimadın formalaşması vəonların rahat istifadəsi olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024"beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyiciqurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarınınrəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digəriştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
az.trend.az

2Mənbələr