AZ

“Bank VTB (Azərbaycan)”nın rəhbərliyinə daha bir təyinat olub

Anjelika Sabasajya “Bank VTB (Azərbaycan)” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, bu barədə qərar bankın Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilib.

Anjelika Sabasajya 1970-ci ildə Rusiyanın Novoçerkassk şəhərində anadan olub. Karyerasında müxtəlif maliyyə təşkilatlarında çalışmışdır.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315.8 milyon manatdır. Bankın səhmlərinin 99.999995%-i “Bank VTB Rusiya” PSC-yə, 0.000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
22
banker.az

10Mənbələr