AZ

Qarabağı konyakla “azad edənlər” – Onların planı bu idi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, "ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır".
ATƏT-in Minsk Qrupunun fəaliyyəti faktiki olaraq 24 iyun 2022-ci ildən dayanıb. Özü də bunu nə Azərbaycan, nə də Ermənistan tələb edib: keçmiş həmsədrlərdən olan Rusiya elan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ceyhun Bayramovla görüşündə "Minsk Qrupu fəaliyyətini dayandırıb" açıqlamasını vermişdi.
Sergey Lavrovun bu sözlərini 2022-ci il noyabrın 17-də ABŞ Dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker təkrar edib "Minsk Qrupu mexanizmi işləmir" demişdi. Minsk Qrupunun iki həmsədr ölkəsinin belə açıqlaması onsuz da işləməyən qurumun fəaliyyətini tam xitam verdi.
Dövlət başçısı qeyd edib ki, bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.
Çünki həmsədr ölkələrin hər üçündə də gücü olan erməni lobbisi və diasporu uzun illər həmsədrləri "konkyak diplomatiyası" ilə ələ alır, onların qərarlarına müdaxilə edirdi. Yəni sülhü təmin etmək üçün mandat verilən ATƏT-in Minsk Qrupu həmsədrləri faktiki olaraq işğalın davamlı olmasına çalışırdı.
ATƏT-in Minsk Qrupu keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Azərbaycan hərbi yolla münaqişənin Dağlıq Qarabağ etabını sonlandırdı. Təbii olaraq ATƏT-in Minsk Qrupun həll etməli olduğu münaqişə də yoxdur. Qurum mövzu Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandata malik deyil. Buna görə də ATƏT-in hazırkı sədri mövcud reallıqları qəbul edib MQ-ni buraxmalıdır. Mink Qrupuna sərf edilən vəsaitin ATƏT-in digər müvafiq qurumlarına sərf edilməsi daha məqsədəuyğun olar.
Azərbaycan və Ermənistana gəldikdə isə iki ölkə arasında danışıqlar gedir, sülh prosesində mühüm irəliləyiş əldə edilib. Danışıqlar masasında müzakirə edilən bir sənəd var və tezliklə çərçivə sazişi imzalana bilər. Yəni hazırda Minsk Qrupunun heç bir missiyası yoxdur və fəaliyyətini dayandırdığını elan etməlidir.
  Turan Rzayev
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
277
1
olaylar.az

2Mənbələr