AZ

Rusiyadan gözlənilməz ADDIM: Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarır

Rusiya tərəfi müəyyən şərtlərlə Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasını nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, bu barədə “Cauvasian Live” “Telegram” kanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Kanal yazır ki, bundan əlavə, Rusiya “Ahıska türklərinin Gürcüstana qaytarılması və hüquqlarının müdafiəsi” təşəbbüsü çərçivəsində Türkiyə ilə əməkdaşlığa hazırdır.

“Qeyd edək ki, uzun illərdir AŞPA tərəfindən təklif edilən bu təşəbbüs hələ də həyata keçirilməyib. Bu addımlar Rusiyanın geosiyasi məqsədlərinə çatmaq üçün diplomatik və humanitar vasitələrdən istifadə etmək niyyətini əks etdirir”, – deyə məlumatda bildirilir.

Kanalın əldə etdiyi digər məlumata əsasən, Rusiyanın əsas tələbləri arasında Qara dənizdə donanmasının qalması, Gürcüstan limanlarına nəzarət və regional layihələrdə iqtisadi pay əldə etmək var.

“Rəsmi Moskva isə xoşməramlı jest olaraq Rusiyada yaşayan separatçı liderlərin ekstradisiyasını müzakirə etməyə hazırdır. Yeni iqtisadi komandanın təyin edilməsi və iqtisadçıların hökumətin əsas nöqtələrinə təyin edilməsi rəsmi Moskvanın indi hərbi güclə yanaşı iqtisadi gücə də əhəmiyyət verdiyini nümayiş etdirir”, – məlumatda deyilir.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
yenicag.az

1Mənbələr