AZ

Bakı metrosunda yaranmış təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı metrosunda təhlükəli anlar yaşanıb. 

Belə ki, vaqonun qapısı açıq ola-ola qatar hərkətinə davam edib. Bu vəziyyət sərnişinlərin narahatlığına səbəb olub və hadisə şahidləri bunu lentə alıblar.

Hadisə qatar 28 May metrostansiyasında olarkən baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda təhlükəli anlar – Hərəkətdə olan qatarın qapısı açıldı – ANBAAN VİDEO 


“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna belə cavab verib: 

“Sosial mediada yayılmış videogörüntülərlə bağlı bildiririk ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı sonuncu stansiyalarda, xüsusən müvafiq yoxlama şəraiti olan "Həzi Aslanov" stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.

Lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır.

Sərnişinlərdən xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda vaqondakı rabitə vasitəsilə maşinistə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat verilsin. Metropolitendən istifadə edərkən, təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var.

Sərnişinlərimizdən təhlükəsizliklə bağlı məsələlərdə hər bir sərnişin naminə fəal olmağı rica edirik”.

Nuranə Daxilqızı, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
17
bizim.media

10Mənbələr