AZ

Sanksiya təhlükəsi Rusiya şirkətlərini xarici aktivləri satmağa məcbur edir

Sanksiya təhlükəsi Rusiya şirkətlərini xarici aktivləri satmağa məcbur edir.

Azpost.info xəbər verir ki, AK&M agentliyinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə belə əməliyyatların pul ifadəsində həcmi təxminən 7 dəfə artaraq 1,1 milyard dollar təşkil edib.

Müqayisə üçün, bütün 2023-cü il ərzində Rusiya vətəndaşları və hüquqi şəxsləri xaricə ümumi məbləği təxminən 3,5 milyard dollar olan aktivləri satıblar.

2024-cü ilin birinci rübündə xarici aktivlərlə ən böyük əməliyyat qazaxıstanlı investor Kairat Itemgenov tərəfindən “Globaltrans” dəmir yolu daşıyıcısında əsas payın (26,19 faiz) alınması olub.

“Globaltrans” özü Kiprdə qeydiyyatdan keçmişdi, lakin yazda Əbu-Dabiyə köçdü. Əməliyyatın dəyərinin 774,5 milyon dollar olduğu deyilir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
azpost.info

1Mənbələr