AZ

Azərbaycan və Çinin iqtisadi əlaqələrinin çox böyük potensialı mövcuddur -POLİTOLOQ

Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərinin əhəmiyyəti danılmazdır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycanla Çin arasında çox yaxşı əlaqələrin formalaşdığını deyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a qeyd edib ki, bu gün Çinin dünyada öz iqtisadi potensialına görə ən çox yüksələn dəyərlərdən biri hesab olunduğu hər kəsə bəllidir:

“Çinin mövqelərinin möhkəmləndirilməsi və dünyanın iqtisadi sistemində özünəməxsus yer tutması faktoru göz önündədir. Azərbaycan-Çin münasibətlərinin inkişaf etməsi, ikitərəfli əlaqələrin daha da dərinləşməsi hər iki ölkənin iqtisadi gələcəyi baxımından vacib əhəmiyyətə malikdir. Eyni zamanda, biz bilirik ki, məhz Çin Xalq Siyasi Məşvərət Şurasının sədr müavininin cənab Prezident tərəfindən qəbul edilməsi, burada Azərbaycan Prezidentinin Çinə səfərləri ətrafında müzakirələr aparılması, Çin sədri Si Çinpinlə cənab Prezident İlham Əliyevin görüşləri və Azərbaycan Çin arasındakı dostluq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı fikirlərin səslənməsi iki ölkə arasındakı münasibətlərin bu gün hansı səviyyədə inkişaf etdiyini növbəti dəfə ortaya qoyur. Son dövrlər Çinlə Azərbaycan arasında qarşılıqlı diplomatik səfərlərin sayının artdığını görürük. Bu da iki ölkə arasındakı siyasi münasibətləri inkişaf etdirərək növbəti məcraya daxil etdirir. Siyasi əlaqələrin möhkəmlənməsi fonunda iqtisadi sahədə də ciddi artımlar müşahidə edilir. Açıqlanan rəsmi rəqəmlər datalar və statistikalar da göstərir ki, Azərbaycan və Çinin qarşılıqlı iqtisadi əlaqələrinin çox böyük potensialı mövcuddur. Bu isə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə böyük töhfələr verir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
sherg.az

1Mənbələr