AZ

İqor Ponomaryov: Son iki oyun üçün mükafata belə, ehtiyac yoxdur

İqor

Bakı, 15 may, AZƏRTAC

“Sumqayıt”la oyun bizim üçün çox vacibdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” komandasının idman direktoru İqor Ponomaryov Azərbaycan Premyer Liqasının XXXXV turunda doğma meydanda “Sumqayıt”a qarşı keçirəcəkləri vacib oyun barədə danışarkən deyib.

Funksioner bu matçda yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Sumqayıt”la evdə, “Neftçi” ilə isə səfərdə iki önəmli oyunumuz var. Amma ən önəmlisi birinci qarşılaşmadır. Qalib gələ bilsək, avrokuboklara vəsiqə şansımızı saxlayacağıq. Lakin məğlub olsaq, işimizi çətinləşdirəcəyik və hər şey digər komandaların nəticələrindən asılı olacaq”.

O bildirib ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandanın futbolçularının mükafata, əlavə stimula belə, ehtiyacı yoxdur: “Çünki növbəti mövsüm beynəlxalq arenada oynayıb-oynamayacağımız bu iki görüşdən asılıdır. Komandada oyuna köklənmə yüksək səviyyədə olmalıdır”.

Qeyd edək ki, oyun mayın 18-də “Bank Respublika Arena”da baş tutacaq. Mövsümün başa çatmasına 2 tur qalmış “Sabah” 52 xalla beşinci, “Sumqayıt” isə 54 xalla ikinci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azertag.az

1Mənbələr