AZ

Özbəkistanda vergilərin azaldılması ciddi məsələdir-Andrzej Malinowski

Özbəkistanda vergilərin azaldılması prosesi ciddi məsələ olaraq qalır. Bunu "Beeline” Özbəkistan şirkətinin baş direktoru Andrzej Malinowski deyib.

"Özbəkistanın 2030 cu il rəqəmsal stategiyası gözəl hazırlanıb. Ölkənin inkişafına töhvə verəcək. 
İstənilən texnologiyanın inkişafı üçün şərait daha yaxşı olmalıdır. Dövlət büdcəsi olduqca vacibdir. Özbəkistanda vergilərin azaldılması ciddi məsələ olaraq qalır. Vergilər gəlirlərin 45 % təşkil edir. Verginin yüksək olması əhalinin internet əhatəliyi üçün problem yaradır",- Andrzej Malinowski "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Sənaye investisiyalarını gücləndirmək üçün dəstəkləyici siyasət strategiyaları” adlı paneldə çıxışı zamanı deyib.

Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
anews.az

1Mənbələr