AZ

Zaxarova Azərbaycanla sərhəddən çıxarılan rus sərhədçilərdən danışdı

Moskvanın İrəvana öz sərhədçilərini Ermənistan ərazisindən tamamilə çıxarmağı təklif etməsi ilə iddialar həqiqətə uyğun deyil.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib: "Rusiya və Ermənistan liderləri arasında keçirilən görüşlə bağlı çoxlu sayda möhtəkirliklər mövcuddur. Bəzi mənbələr iddia edir ki, sərhədçilərin geri çəkilməsi Bakı ilə İrəvan arasında üçüncü dövlət nümayəndələrinin birgə sərhəddə yerləşdirilməməsinə dair razılaşma çərçivəsində həyata keçirilir. Bütün bunlar möhtəkirlikdir.

Reallıq budur ki, Rusiya və Ermənistan liderlərinin danışıqları zamanı İrəvanın xahişi ilə Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd olan bir sıra bölgələrindən çıxarılması müzakirə olunub".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
1
yenisabah.az

2Mənbələr