AZ

Bakıdan Adanaya getdi, “Şah”ın qonağı oldu: “Dəli” Balotelli, sadə Nani - VİDEO

Azərbaycanda yaşayan əslən gürcüstanlı bloger Türkiyəyə səfər edib.

Söhbət vaxtilə Premyer Liqada AZAL və “Turan”ın şərəfini qoruyan, karyerasını başa vurduqdan sonra hazırladığı videolarla gənc nəslin sevgisini qazanan Nuqzar Kvirtiyadan gedir.

Nuqzar Adanaya səfər edərək Azərbaycan millisinin şərəfini qoruyan Şahruddin Məhəmmədəliyevlə bağlı reportaj hazırlayıb.

30 yaşlı qapıçı blogerə Türkiyədəki gündəlik həyatı ilə bağlı məlumat verib, komanda yoldaşları olan ulduz futbolçuları xarakterizə edib, baza ilə yaxından tanış edib və “Qalatasaray”la oyunu canlı izləməsinə şərait yaradıb.

Kvirtiyanın yarım saatlıq vloqu böyük maraqla izlənməkdədir.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
sportinfo.az

1Mənbələr