Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları İcra Komitəsinin nümayəndələri Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, universitetin tələbə heyəti ilə görüş keçirən qonaqlar məlumat veriblər ki, 2024–2025-ci tədris ilindən NDU-da tibb ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayacaq.
Qeyd edək ki, SABAH qrupları Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014–2015-ci tədris ilindən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılıb. Bu qruplar hazırda 10 ali təhsil müəssisəsində 55 ixtisas üzrə 4 minə yaxın tələbəni əhatə edir.