AZ

Fransanın müstəmləkəsində İĞTİŞAŞLAR: Ölənlər və yaralananlar var

Fransanın Sakit okeanında yerləşən xüsusi inzibati ərazisi olan Yeni Kaledoniyada seçki siyahıları ilə bağlı konstitusiya islahatının təsdiqləməsindən sonra baş verən toqquşmalarda ən azı 3 nəfər həyatını itirib.


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Euronews” yayıb.

 

Kanalın məlumatına görə, Fransa Daxili işlər naziri Gerald Darmani insanların ölüm səbəbinin hələ müəyyən edilmədiyini deyib. Nazir ölənlərlə yanaşı təxminən 100 polis və jandarma mənsubunun yaralandığını da idda edib. 


Yeni Kaledoniyada 1980-ci illərdən bəri ən böyük vətəndaş iğtişaşları baş verir. İnsanlar bazar ertəsindən konstitusiya islahatına qarşı etirazlara başlayıblar. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında artıq bir neçə şiddətli toqquşma da qeydə alınıb. 


Toqquşmalardan sonra adada komendant saatı tətbiq edilib, hava limanı bağlanıb. 


Xatırladaq ki, Yeni Kaledoniya hələ də Fransanın müstəmləkəsidir. Fransa Çin və ABŞ-nin nüfuz uğrunda mübarizə apardığı Sakit okean regionunda bu strateji əhəmiyyətini itirmək istəmir. Bu məqsədlə Fransa konstitusiya dəyişikliyi edərək daha çox insana səsvermə hüququ verib. Əhali sayı 300 min nəfər olan adanın yerli əhalisi olan kanaklar bunu düzgün hesab etmir. Yerli əhali narahatdır ki, seçici siyahılarının genişləndirilməsi fransayönlü siyasətçilərin xeyrinə olacaq və yerli əhalinin çəkisini azaldacaq.


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
sfera.az

1Mənbələr