AZ

Özbəkistan dünyada ən ucuz 5 mobil əlaqəliyə malikdir - Dilmurod Dusmatov

Özbəkistan dünyada ən ucuz 5 mobil əlaqəliyə malikdir. Bunu Özbəkistan Özbəkistanın Spektrlərin Tənzimlənməsi şöbəsinin müdiri Dilmurod Dusmatov deyib.

"Rəqəmsal boşluq ən böyük komponentlərdən biridir. Özbəkistan mobil data xərci olaraq ən ucuz 5 mobil əlaqəliyinə malikdir. Biz müvafiq icarə prosedurlarını yeniləyirik. 2023-cü il  5 min baza quraşdırılıb, bu il isə 15 mindən çox baza stansiyası quraşdırılması nəzərdə tutulub",- "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Sənaye investisiyalarını gücləndirmək üçün dəstəkləyici siyasət strategiyaları” adlı paneldə çıxışı zamanı deyib.
 
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
anews.az

1Mənbələr