AZ

ABŞ-dan Ukraynaya böyük dəstək

ABŞ Ukraynaya 2 milyard dollar hərbi maliyyə ayıracağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Ukraynaya 2 milyard dollarlıq əlavə hərbi maliyyə yardımı edəcəyini açıqlayıb.

Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi birgə mətbuat konfransında danışan Blinken, maliyyələşdirmənin Ukraynanın müdafiə sənayesi infrastrukturuna investisiya dəstəyi verəcəyini bildirib.

Blinken həmçinin bildirib ki, bir neçə həftə ərzində ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalana bilər.

Bu arada Fransa Rəyasət Heyəti ölkənin yaxın günlərdə və həftələrdə Ukraynaya əlavə hərbi yardım edəcəyini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makronun Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra prezidentlikdən verilən açıqlamada, "Prezident Fransanın bütün lazımi dəstəyi vermək əzmində olduğunu təkrarladı. O, həmçinin qarşıdakı günlərdə və həftələrdə həyata keçiriləcək tədarüklər haqqında ətraflı məlumat verdi. Ukraynanın hərbi səylərini dəstəkləyirik."

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
turkustan.az

1Mənbələr