AZ

Keçirdiyi qəzanın görüntüləri Aytən Səfərovaya niyə təqdim edilmir? - Müəmma...

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Aytən Səfərova ilk dəfə keçirdiyi qəza barədə danışıb. O, açıqlamasında qəza ilə bağlı videogörüntüləri əldə edə bilmədiyini, tələb etsə də, müraciətindən imtina edildiyini bildirib. 

Adətən, avtoqəzalarla bağlı təhlükəsizlik kameralarına yansıyan görüntüləri mediada, müxtəlif sosial şəbəkələrdə paylaşılır. Belə olan halda Aytən Səfərovanın bu tələbi qanunauyğundurmu? Elədirsə, niyə həmin materiallar ona təqdim olunmur? 

Hüquqşünas Ramil Süleymanov “Yeni Sabah”a açıqlamasında bu məsləyə dair suallara belə aydınlıq gətirib: 

“Aytən Səfərova bilməlidir ki, baş vermiş hadisədə o, zərərçəkən, yoxsa təqsirləndirilən şəxs qismində tanınıb. Belə ki, ümumiyyətlə, cinayət işinin iştirakçılarının hər birinin ixtiyarı var ki, həmin məsələyə aid materiallarla tanış olub, bu haqda öz vəsatət və ərizələrini təqdim etsinlər. İstənilən halda, həmin hadisənin videogörüntüləri indiyə qədər Aytən xanıma təqdim olunmalı idi. Eyni zamanda, materialların təqdim olunmasından əlavə, həmin videogörüntülərin yayılmağının, istintaq sirri təşkil edən digər məlumatların KİV-ə çıxarılması, mediada işıqlandırılması barədə şəxslərin üzərinə vəzifə kimi qoyula bilər”. 

Hüquqşünas bildirib ki, əgər Aytən Səfərovaya media ilə sıx əlaqələri olduğu üçün həmin görüntülər təqdim edilmirsə, burada bərabərlik prinsipi pozulur: 

“Hazırkı durumda düşünürəm ki, istintaqı aparan orqan həmin görüntüləri, o cümlədən yol hərəkətinin əks olunduğu sxemi rəy verilməsi üçün ekspertizaya göndərib müvafiq rəyin verilməsini gözləyir. Bu səbəbdən istintaqın nəticəsi gecikə bilər. Ancaq indiki halda Aytən Səfərovaya həmin məlumatların təqdim olunmaması yolverilməzdir. Aytən xanım jurnalistdir, onun media ilə çox sıx əlaqələri var. Nəticə etibarilə, bu ona dəlalət edə bilməz ki, həmin şəxs sözügedən görüntüləri əldə etməkdən məhrum edilsin. Çünki burada bərabərlik prinsipi pozulur. Ona görə də, Aytən xanıma həmin materialları təqdim edərək, istintaq sirrinin yayılmaması barədə iltizama əməl etmək üçün onun imzasının alınması mümkündür. Bu səbəbdən cinayət prossesual məcəlləsinin tələblərinə uyğun olaraq, onun iştirakçıları bərabər qaydada bütün sübutlarla tanış olmalı və həmin materialların nüsxələri onlara təqdim edilməlidir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
yenisabah.az

4Mənbələr