AZ

Putin Şoyqunu nə üçün müdafiə naziri vəzifəsindən çıxardığını şərh edib

Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunun müdafiə naziri  vəzifəddindən nə üçün azad etdiyini ilk dəfə şərh edib. 

Vladimir Putin vurğulayıb ki, Müdafiə Nazirliyinin yeni rəhbərinin təyin edilməsi digər məsələlərlə yanaşı, Rusiyanın  hərbi xərclərinin səviyyəsinin artması ilə bağlıdır.

“Bu, hərbi  xərclərin artması ilə əlaqədardır. 80-ci illərin ortalarında xərclər 13% idisə, bu il müdafiə və təhlükəsizliklə bağlı ümumi xərclərimiz 8,7% təşkil edir. Bu, 13 deyil, amma artıq sanballı rəqəmdir”, – deyən prezident qeyd edib. Putin bildirib ki, bu cür göstəricilər böyük resursdur və səmərəli və diqqətlə idarə olunmalıdır.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
azpost.info

1Mənbələr