AZ

Əziz Yıldırım yenə prezident olmaq istəyir: “Mourinyo ilə birbaşa danışdım”


“Fənərbağça”nın sabiq prezidenti Əziz Yıldırım iyun ayında klubda keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Yeniavaz.com
“NTV Spor”a istinadla xəbər verir ki, Əziz Yıldırım mətbuat nümayəndələrinin iştirakı ilə keçirdiyi iclasda dünyaca məşhur baş məşqçi Joze Mourinyo ilə görüşdüyünü bildirib.
“Mourinyo ilə birbaşa danışdım. Söhbətləşdik. Hələ ki, maddi məsələlərdən danışmamışıq. “Fənərbağça”nın “Konyasporlar” matçına baxdığını deyib. Klub prezidentliyinə namizədlərdən biri onunla telefonda danışıb və hazırkı prezident meneceri ilə görüşüb. Televizorda eşitdim, kimsə deyirdi ki, 12 milyon özü, 3 milyon da komandası alacaq, bu pula dəyərmi? Sənə nə var? Razılaşsaq, gələcək. Ərəbistana getməyəcək, pula ehtiyacı yoxdur”, - Yıldırım bildirib.
Yıldırm həmçinin seçkilərin nəticəsindən asılı olmayaraq, namizədləri Mourinyo ilə müavilə imzalamağa çağırıb. 
“İyunun 9-da seçki olacaq. Bilmirəm Mourinyo gözləyəcək, ya yox. Mənim idarə heyətinə təklifim odur ki, Joze Mourinyo ilə işləmək istəyirlərsə, hər iki tərəfdən nümayəndələr getsinlər və imzanı atsınlar. Yəni, sözüm odur ki, kim seçilirsə, seçilsin, Mourinyo ilə davam etsin. Əgər seçkidə biz uduzsaq, Mourinyonun pulunun yarısını da mən ödəyəcəyəm”, - keçmiş prezident deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
19
yeniavaz.com

10Mənbələr