AZ

“Qırmızı şeytanlar”ın baş məşqçisi: “Azarkeşlər məni dəstəkləyir”

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq mümkün istefası barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən bunu hiss etmirəm və vəziyyəti belə görmürəm. Çox vaxt verdiyiniz sualların cavabı eyni qalır. Azarkeşlər həmişə komandanı dəstəkləyir və məni dəstəkləyirlər. Küçələrdə mənlə çoxlu fanatlar görüşür. Azarkeşlər başa düşürlər ki, klub keçid dövründədir, onlar bizim üzləşməli olduğumuz problemləri anlayırlar”, - deyə insayder Fabrizio Romano Erik Haqdan sitat gətirib.

Xatırladaq ki, “Mançester Yunayted” Erik ten Haqın rəhbərliyi altında fəlakətli mövsümə görə mayın 20-də baş tutmalı olan ənənəvi komanda şam yeməyini ləğv edəcək. İngiltərə Premyer Liqasının 36 turundan sonra "Mançester Yunayted" 54 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Daxili çempionat çərçivəsində “Qırmızı şeytanlar”ın qarşıda iki oyunu var. Mayın 15-də Erik ten Haqın komandası doğma meydanda “Nyukasl”ı qəbul edəcək, 4 gün sonra isə “Brayton”a yollanacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
90deqiqe.az

1Mənbələr