AZ

Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosial şəbəkə hesabları var - Tədqiqatçı

Bakı. Trend:

Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosialşəbəkələrdə hesabları var.

Trend xəbərverir ki, bu barədə bu gün menecer, tədqiqatçı analitik,konsultant, müstəqil ekspert Riina Vuorikari Bakıda keçirilən "M360Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bu barədə "Rəqəmsal Bacarıqların Tədqiqi:Azərbaycan 2023-2024" (Azerbaijan Digital Skills Assessment2023-2024) məlumatlarında qeyd olunub.

"Bu tədqiqat Azərbaycan Respublikası Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının MDBüzrə Regional Ofisi tərəfindən aparılıb. Sorğu Azərbaycanın 13bölgəsində təsadüfi seçim əsasında təqribən 35 min nəfər arasındakeçirilib", - o deyib.

Hesabata əsasən, Azərbaycanda internet istifdəçilərinin 88 faizizənglərini şəbəkə üzərindən həyata keçirir, 77 faiz sosialşəbəkələrdə hesablara malikdir, 18 faiz internetdən konsultasiyalarvə səsvermə üçün istifadə edir, 45 faiz mesajlarını elektron poçt,sms və messencerlərin köməyilə göndərir.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024"beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyiciqurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarınınrəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digəriştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
az.trend.az

1Mənbələr