AZ

Marinada yanğın: 22 qayıq alovlandı

Yerli vaxtla saat 03.55-də Xorvatiyanın Adriatik sahilindəki turistik İstriya yarımadasındakı marinada yanğın baş verib.

News24.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər sövq edilərkən, küləyin təsirindən alov qısa müddətdə ətrafa yayılıb.

Xorvatiya mətbuatı yanğın zamanı bəzi qayıq sahiblərinin alovdan xilas olmaq üçün dənizə atıldığını, yanğınsöndürənlərin isə hələ alovlara çatmamış qayıqları ayırmaq üçün sıx səy göstərdiyini bildirib.

Xorvatiya Mülki Müdafiə Müdirliyindən verilən məlumata görə, yanğın saat 07:00 radələrində nəzarət altına alınarkən, yanan 22 qayıq külə dönüb.

Ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün dənizə maneələr qoyulub.

Yanğının baş vermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
news24.az

1Mənbələr