AZ

Bu yola niyə sfetafor quraşdırılmır? - İRAD

" Yol hərəkəti haqqında" Qanun yolayrıcları nəqliyyatın və digər hərəkət iştirakçılarının yollarının kəsişdiyi yer kimi böyük diqqət tələb edən təhlükəli yol sahəsi hesab edir. Paytaxtımızda belə təhlükəli yol ayrıclarından biri Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişdiyi, körpünün altındakı yol ayrıcıdır”.

News365.az  xəbər verir ki, bunu publicist Vüqar Tapdıqlı deyib. O bildirib ki, bu yolayrıcı istifadəyə veriləndən bəri illərdir müşahidə edirik ki, hər həftə, bəzən bir həftədə bir neçə dəfə qeyd etdiyimiz ərazidə yol nəqliyyat hadisəsi baş verir:

“Səhv etmiriksə yolayrıcı nizamlanmayan yol ayrıcıdır. Yəni yolayrıcında sfetofor yoxdur.

Gördüyümüz mənzərəni təsvir edirik: yolayrıcında hadisə baş verir. Avtomobillər toqquşub və yaxud aşıb. Təcili tibbi yardım maşını gəlib, yaralıları xəstəxanaya aparır. Post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. Yol polisinin müstəntiqləri hadisə yerinə baxış keçirir, protokol tərtib edir. Sığorta şirkətinin əməkdaşı avtomobillərə baxış keçirir. Gördüyümüz odur ki, hər kəs öz vəzifə borcunu yerinə yetirir. Amma...

Amma heç kəs zəmanət verə bilməz ki, nizamlanmayan bu tip yolayrıcında bir dəqiqədən sonra sürücünün səriştəsizliyi, diqqətsizliyi, səhlənkarlığı ucbatından növbəti yol nəqliyyat hadisəsi baş verməyəcək. Əlac qalır DYP - nin görəcəyi tədbirlərə. Yolayrıcına svetofor quraşdırmaq lazımdır!”

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
news365.az

1Mənbələr