AZ

"Bu sonuncudur ki, başqa dövlətin ordusu bizim ərazimizdə oldu" - Polkovnik

Xəbər verdiyimiz kimi, bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov iştirak edib.

Sülməramlıların Xocalıdan çıxmasına həsr olunmuş tədbir haqqında Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev dedi ki, Rusiya sülhməramlı qüvvələri öz missiyalarını başa çatdırmışdılar:

"Sülhməramlılara ehtiyac olmamışdı, ancaq üçtərəfli müqaviləyə əsasən ölkəmizdə idilər. Yəni müəyyən dövrdən sonra özləri də belə başa düşdülər ki, artıq burada qalmağın mənası yoxdur. Artıq Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edir, ona görə də çıxmalıydılar və çıxdılar. Bu gün, təbii ki, bu təntənəli tədbirin keçirilməsi də normal bir haldır. Çünki başqa bir ölkənin qoşunu başqa ölkənin ərazisində yerləşir və bir gün oradan çıxır. Ordunun buradan çıxmasını, ya bu cür tədbirlə yola salınmasını məqsədəmüvafiq hesab edirəm. Bu lazımdır, vacibdir. Bu sonuncudur ki, başqa dövlətin ordusu bizim ərazimizdə oldu. Azərbaycan suveren, müstəqil bir dövlətdir. Bu, artıq göstərir ki, Azərbaycan güclü bir dövlətdir. Onun silahlı qüvvələri güclü bir ordudur, dünyanın ən güclü ordularından biridir, ölkəsinin müdafiə qabiliyyətini gücləndirən bir dövlətdir. Bu nöqteyi nəzərdən hesab edirəm ki, bütün bunlar normal prosesdir".

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
redaktor.az

1Mənbələr