Moskva, 15 may, AZƏRTAC
Azərbaycandan mürəbbələr, kompotlar və nar şirəsi “Russia Halal Мarket” beynəlxalq halal məhsullar yarmarkasında təqdim olunub.
AZƏRTAC xəbər verir ki, yarmarka “Rusiya – İslam dünyası” beynəlxalq iqtisadi forumu çərçivəsində Kazanda aqrosənaye parkı ərazisində açılıb.
Sərgidə Azərbaycan, Qazaxıstan, İran, Şri-Lanka və Pakistandan məhsullar nümayiş etdirilir. Sərginin iştirakçıları və qonaqları Azərbaycandan mürəbbələr, kompotlar və nar şirəsi, Hindistandan çay, Qırğızıstandan quru meyvələr və qoz-fındıq əldə edə bilərlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva