AZ

2 milyondan 1: “Hörümçək əkizləri” xəstəliyi

ABŞ-ın "American Journal of Case Reports" tibb jurnalı ilk dəfə 2018-ci ildə İndoneziyada doğulan bitişik əkizlərin fotosunu dərc edib. 2 milyonda bir görünən hadisənin görüntüləri mediada diqqət çəkib.

2018-ci ildə İndoneziyada doğulan əkiz oğlanlar üç ayaq, dörd qol və bir penislə dünyaya gəliblər. Onlar həmçinin sidik kisəsini, düz bağırsağı və bağırsağı paylaşırlar.

İndoneziyalı uşaqların işi bu həftə ABŞ-ın bir tibb jurnalında qeyd edildi. "Ischiopagus Tripus" adlanan birləşmiş əkizlər çox nadirdir.

Ehtimallara qarşı çıxan, hamiləlik və doğuşdan sağ çıxan kiçik uşaqlar həyatlarının ilk üç ilini heç oturmadan, düz uzanaraq keçirməyə məcbur oldular.

Həkimlər uşaqların dik oturmasına imkan vermək və onlara normal bir görünüş vermək üçün mürəkkəb əməliyyat keçiriblər.

Onun üçüncü ayağını amputasiya ediblər. Omba və çanaq sümüklərini sabitləşdirmək üçün zəhmətli əməliyyat edilib.

Əməliyyatdan sonra və sonrakı üç ay ərzində əkizlərdə heç bir ağırlaşma müşahidə olunmayıb.

Kritik əməliyyat qardaşlara ayağa qalxıb dik oturmağa imkan verib.

Qeyd edək ki, tarixdə oxşar hallar 1994 və 1989-cu illərdə aşkar edilib. Bu körpələrin əməliyyat müddəti orta hesabla 10 saat çəkib. 2011-ci ildə daha bir əməliyyat olub, lakin əməliyyat uğursuz alınıb. Körpələr bir-birindən ayrılmadan dünyasını dəyişib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
news24.az

1Mənbələr