AZ

Bu mühərrik üçün nə benzin lazımdır, nə də elektrik – İNNOVASİYA 

Toyota şirkətinin mühəndisləri yeni mühərrik üzərində işləyirlər.

Avtosfer.az xəbər verir ki, bu dəfə də daxiliyanma mühərriki hazırlanır. Lakin yapon mütəxəssislər benzin və ya Dizel yanacağından imtina ediblər. Yeni ixtira ammoniak mühərrikdir


Şirkətin açıqlamasında bildirilir ki, ammoniakın yanma sürəti benzindən azdır. Həm də benzindən fərqli olaraq öz-özünə alışma (detonasiya) da gec baş verir. Bu da daha yüksək kompressiyalı mühərrik yaratmağa imkan verir. Nəticədə yanma daha təmiz gedir, daha az yanacaq sərf olunur. Bu da son nəticədə atmosferə atılan qazların həcminin azalmasına imkan yaradır. Üstəgəl, ammoniak mühərrikinin müasir benzin mühərriklər kimi 90 dərəcə Selsi və yuxarı temperaturda işləməsinə ehtiyac yoxdur. Bu amil də qlobal istiləşmə dövrü üçün vacibdir. 
Yeni mühərrikin nə vaxt tətbiq ediləcəyi açıqlanmır.

Vüqar 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
avtosfer.az

1Mənbələr