AZ

229 nömrəli məktəbdə “Biz xoşbəxt ailənin övladlarıyıq” adlı tədbir keçirilib


Nizami rayonu Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə 15 may Beynəlxalq Ailə Günü münasibətilə “Biz xoşbəxt ailənin övladlarıyıq” adlı tədbir keçirilib.

Missiya.Az
 xəbər verir ki, tədbirdə Nizami Rayon İcra hakimiyyətinin, Həmkarlar İttifaqı Nizami Rayon Təşkilatının nümayəndələri, Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları ,ziyalılar, məktəb kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Öncə həmin təhsil ocağının həyətində şəhidlərin büstü ziyarət edilib. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan 229 nömrəli məktəbin direktoru Vüsalə Məmmədova ailə dəyərlərindən söz açıb. O qeyd edib ki, Azərbaycan ailəsi özünəməxsusluğu, yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Ölkəmizdə ailənin, xüsusilə də qadınların hüquqlarının qorunmasını, azadlıq arzularının təminatçısı olmuş Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət proqlamları, verilən sərəncamlar, həmçinin prezidentimiz İlham Əliyevin bu sahədə apardığı siyasət hər bir vətəndaşımıza məlumdur. Azərbaycan ailəsi dövlət başçısının daim diqqətində olan prioritet məsələlərdəndir.


Daha sonra şagirdlərin müəllim və valideynlərinin köməyi ilə hazırladıqları müxtəlif yemək növlərinə və onların əl işlərinə baxış keçirilib.

Tədbirdə məktəblilər ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər, həmçinin, maraqlı yarışlar keçirilib. Həmin kompozisiya və yarışları şagirdlər valideyinləri ilə birgə icra ediblər.

Zərintac Mayisqızı
Missiya.Az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
missiya.az

1Mənbələr