AZ

Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Tbilisi şəhərində energetika naziri Pərviz Şahbazov ilə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili arasında görüş olub.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan enerji əlaqələrinin geniş spektri müzakirə edilib. Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında regional və qlobal əhəmiyyətli enerji layihələri üzrə uğurlu birgə əməkdaşlığın rolundan bəhs edilib.

Azərbaycan ilə Gürcüstanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş mövqelərini gücləndirəcək “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətindən danışılıb. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında layihənin həyata keçirilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib və prosesin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Layihənin fiber optik komponenti, PCI/PMI statusunun əldə edilməsi, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan Avropayadək  “yaşıl enerji” bağlantısının qurulması, beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə  əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb. “Yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə nazirlərin 7-ci iclasının məhsuldar keçəcəyinə qarşılıqlı inam ifadə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
ikisahil.az

3Mənbələr