AZ

TAP biometan nəqlinin asanlaşdırılması üçün zəmin yaradılmasına töhfə verməyə hazırdır

Bakı. Trend:

Trans-Adriatrik boru kəməri (TAP) biometan nəqlininasanlaşdırılması üçün çərçivələrin yaradılmasına öz töhfəsiniverməyə hazırdır.

Trend xəbərverir ki, bu barədə "TAP AG" şirkətinin xarici əlaqələr şöbəsininrəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışındadeyib.

O qeyd edib ki, TAP-ın potensial olaraq tam genişləndirilməsitəkcə tədarüklərin təhlükəsizliyi problemlərini həll etməyəcək, həmdə gələcəkdə hidrogen və digər bərpa olunan qazların yenihəcmlərinin nəqlinə imkan yaratmaqla Aİ-nin dekarbonizasiya üzrəhədəflərinin əldə olunmasına imkan şərait yarada bilər.

"Hədəfimiz ilkin olaraq təbii qazla qarışıq şəklində hidrogennəqli üzrə aktivi inkişaf etdirməkdən ibarətdir. 2021-ci ildə ilkintədqiqatlar TAP-ın gələcəkdə hidrogen qarışığı nəql etməkqabiliyyətini təsdiqlədi. Lazımi sınaq avadanlığının inkişafınainvestisiya qoymaqla, 2024-cü ildə boru kəmərlərimizinmateriallarını beynəlxalq səviyyədə tanınmış laboratoriyadasınaqdan keçirəcəyik. Biz səhmdarlarımız, əsas tədarükçülərimiz vəsənaye nümayəndələrimizlə sıx əməkdaşlıq edirik, çünki avadanlığınmodernizasiyasına investisiyaların həcmi və nəql edilən hidrogeninfaizi hidrogen bazarının ehtiyaclarına cavab verməsi və bazarqaydalarına uyğun olması üçün yəqin ki, zamanla tədricən müəyyənediləcək", - deyə V.Veysəlov qeyd edib.

O bildirib ki, hidrogen təbii qazdan əhəmiyyətli dərəcədəfərqlənsə də, bioyanacaq kimi təsnif edilən biometan təbii qazabənzəyir.

"Sahə nöqteyi-nəzərindən qaydaların hazırlanmasına və biometannəqlini asanlaşdıracaq strukturun yaradılmasına necə töhfə verəbiləcəyimizi görmək üçün Yunanıstan və İtaliyanın milli nəqliyyatsisteminin operatorları ilə fəal əməkdaşlıq edirik", - Veysəlovəlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAPvasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan vəBolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəqlolunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizivasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfəöz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyadatəbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışlaAzərbaycan öz ixrac imkanlarını şaxələndirib.

X: @Lyaman_Zeyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
az.trend.az

1Mənbələr