AZ

“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 15 may, AZƏRTAC

Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab etdiyini söyləyib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov müsabiqənin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib.

Finalçılar ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra 7 komanda və tələbə müsabiqənin final mərhələsində iştirakına görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfindən təltif ediliblər. Qaliblər Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova, Bakı Mühəndislik Universitetinin tələbələri Murad İbrahimov və Ayxan Ələkbərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Kamran Murtuzov, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Aysel Məmmədova, Bakı Ali Neft Məktəbinin tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva, Nübar Həsənquliyeva, Rəvan Xıdırov, Tamerlan Ağayev, Əkbər Bünyadzadə, Leyla Quliyeva, İranə Hüseynzadə və Çingiz Məmmədovdur.

Tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin xor və rəqs nömrəsi ilə davam edib.

Daha sonra I, II və III yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırılıblar. I yerin qalibləri “Olympus” təqdimatı ilə Bakı Ali Neft Məktəbinin tələbələri Tamerlan Ağayev və Əkbər Bünyadzadə, II yerin sahibi “LearnEd” təqdimatı ilə Bakı Mühəndislik Universitetinin tələbəsi Ayxan Ələkbərov olub. III yerə “Cücələrim” təqdimatı ilə Bakı Ali Neft Məktəbinin tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyeva layiq görülüblər.

Tədbirin yekununda münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
7
azertag.az

8Mənbələr