AZ

Gömrük tarifləri ABŞ-da inflyasiyanı artıra bilər

ABŞ-ın Çindən gələn bəzi məhsullara yeni gömrük rüsumları tətbiq etməsi inflyasiyanı artıra bilər. Çindən gələn elektrikli nəqliyyat vasitələri və akkumulyatorlar, günəş batareyaları, tibbi avadanlıq və digər məhsullar üzrə yeni gömrük tarifləri ABŞ-da iş yerlərini və istehsalçıları qorumaq məqsədi daşıyır.

Ekspertlər bildirirlər ki, yeni gömrük tariflərinin qısa müddətdə genişmiqyaslı inflyasiya təsiri gözlənilməsə də, bəzi müəyyən məhsullar üzrə qiymətlərin artımı gözlənilə bilər.

Rəsmilərin dediyinə görə, tariflər növbəti üç il ərzində mərhələli şəkildə tətbiq olunacaq. 2024-cü ildə qüvvəyə minən yeni tariflər tətbiq olunan məhsullara elektrik avtomobilləri və elektrik avtomobil akkumulyatorları, həmçinin günəş batareyaları, şprislər, iynələr, polad və alüminium və s. daxildir. Bəzi məhsullarla bağlı tariflər 2026-cı ilə qədər qüvvəyə minməyəcək.

ABŞ Prezidenti Co Bayden isə öz növbəsində bildirib ki, Çin hökuməti elektrik avtomobilləri və digər istehlak malları üçün subsidiyalar Çin şirkətlərinə mənfəət əldə etməmələrini təmin etməklə qlobal ticarətdə haqsız üstünlüklər verib.

Orxan Vahidoğlu, "İki sahil"

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
ikisahil.az

2Mənbələr