Türkiyəli məşhur yutuber Oğuzhan Uğur Azərbaycana gəlir.
“Cebhe.info” xəbər verir ki, o, “Mövzular” adlı layihəsi ilə ilk dəfə paytaxtımızda çıxış edəcək.
Oğuzhan Uğur proqramının Azərbaycana özəl bölümü ilə 14 iyunda Heydər Əliyev Sarayında tamaşaçıların qarşısına çıxacaq.
Saat 19:30-da başlayacaq tədbirin biletləri isə 35 manatdan 95 manata qədərdir.