AZ

Vasif keçirdiyi plastik əməliyyatı efirdə müzakirə etmək İSTƏMƏDİ - VİDEO 

Əməkdar artist Vasif Məhərrəmli “Elgizlə izlə” verilişində qonaq olub. 

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl üzündəki mimik qırışlardan xilas olmaq üçün plastik əməliyyat etdirən sənətçi proqramın aparıcısı Elgiz Əkbərin bununla bağlı sorğu-sualına tuş gəlib. 

Elgizin “Vasif bəy, çox mübarək. Yaraşıqlı görünürsünüz. Sizi də təbrik edirik. Xəbər saytlarında üzünüzdə keçirdiyiniz plastik əməliyyatla bağlı informasiya yayıldı. Özünüz etiraf etmisiniz ki, üzünüzə əl gəzdirmisiniz. Yaxşı etmisiniz, sənət adamlarına lazımdır” deyə V.Məhərrəmliyə müraciət edib. 
Vasif isə aparıcının bu sözlərinə “Oxumaqdan “zaddan” danışaq. Bu mövzunun “başını burax” cavabını verib. Beləcə, Vasif Məhərrəmli keçirdiyi plastik əməliyyatla bağlı mövzunun verilişdə müzakirə olunmamasını istəyib. 
 

Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
bizim.media

2Mənbələr